Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Milli Şuranın növbəti aksiyası sosial şəbəkələrdə müzakirə mövzusudur


Arxiv fotosu: Milli Şuranın keçən il oktyabrın 12-də keçirdiyi etiraz aksiyasından görüntü.
Arxiv fotosu: Milli Şuranın keçən il oktyabrın 12-də keçirdiyi etiraz aksiyasından görüntü.

.

Milli Şura həftə sonuna mitinq keçirməyi planlayır. “Talana Son” adlı mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Bu barədə AzadlıqRadiosuna aksiyanın təşkilatçısı olan Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib. Milli Şurada bir neçə müxalifət partiyası və ictimai fəal şəxs birləşib.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Oqtay Gülalıyev deyir ki, müraciəti martın 3-də etsələr də hələlik rəsmi cavab almayıblar. Mitinqin məqsədinə gəlincə, Oqtay Gülalıyev deyir:

“Manatın düşməsi ilə xalq bir günün içində 34 % müflisləşdi. Azərbaycan neft gəlirləri talan olunur, ölkə düzgün idarə olunmur. Məqsədimiz də belə talanlara etirazdır”.

Facebookda yaradılan “event”də mitinqdə iştirak edəcyini təsdiqləyənlər var. Lakin deyəsən sosial şəbəkədə 15 mart mitinqinə maraq göstərən ancaq Milli Şura tərəfdarları deyil.

Oqtay Gülalıyev deyir ki, sosial şəbəkələrdə bəzi şəxslər mitinqi gözdən salmaq üçün şaiələr, saxta məlumatlar yayırlar.

Tədbirdən danışanlar arasında hakimyətyönlü siyasətçilər də var. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Trend informasiya agentliyinə açıqlamasında mitinqin xarici ölkədən gələn sifariş olduğunu deyir. Onun fikrincə, mitinqin keçirilməsinə heç bir əsas yoxdur. Çünki:

Siyavuş Novruzov
Siyavuş Novruzov

“...Manatın məzənnəsinin dəyişməsi, bunun zəruri tərəfləri ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. Milli Şura adlanan ölü bir qurum özünün mövcudluğunu göstərmək üçün belə addımlar atır.

Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki. Aksiyanın sifarişi xaricdən gəlib, daxili məsələ deyil. Çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək”- deyə Siyavuş Novruzov bildirib.

Oqtay Gülalıyev öz növbəsində Siyavuş Novruzovun fikirlərini ictimai fikri çaşdırmaq cəhdi kimi qiymətləndirir və belə bəyanatalrı ciddi saymadığını deyir.

Bakı şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov AzadlıqRadiosuna mitinq müraciətinin daxil olduğunu təsdiqləyir və deyir ki,hazırda ona baxırlar:

“Cavabızmız hazır olan kimi, təşkilatçılarla əlaqə saxlayıb məlumat verəcəyik”.​

XS
SM
MD
LG