Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:34

Fransada 9 milyonluq daş-qaş oğurlanıb


Iraq/Jordan - Jewels and accessories by Iraqi artist Yada al-Ubaidi, Amman, undated
Iraq/Jordan - Jewels and accessories by Iraqi artist Yada al-Ubaidi, Amman, undated

Silahlı qarətçilər Fransanın şərqində zərgərlik əşyaları aparan 2 zirehli maşını qarət ediblər.

Fransa polisinin məlumatına görə, söhbət 9 milyon avrodan gedir.

Qarətçilər Avallon şəhəri yaxınlığında yolun kənarında dayanmış maşınlara basqın ediblər.

Bu şəhər Parisin 200 kilometrliyində yerləşir.

Cinayətkarlar 4 maşın və 2 mikroavtobusla hadisə yerindən qaçıblar.

Onlar sürücülərə heç bir xəsarət yetirməyiblər.

Məlumatlara görə maşınlarda almaz və digər qiymətli daşqaşlar olub.

XS
SM
MD
LG