Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Polis və prokurorluq azərbaycanlıları Suriyaya göndərən dəstə saxladığını bildirir


Arxiv fotosu
Arxiv fotosu

.

Tərtər rayonunda Azərbaycandan vətəndaşlarının xaricdə silahlı birləşmələrə qoşulmasını təşkil etmək ittihamı ilə bir qrup adam saxlanıb. Bu barədə martın 11-də Daxili İşlər Nazirliyi (DİN) və Respublika Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, xüsusi əməliyyat bugnülərdə Tərtər rayonunda keçirilib. Belə ki, DİN-ə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib:

"Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Dəstənin 4 üzvü - əvvəllər məhkum olunnmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.

Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır."

Hələlik rəsmi məlumatda adı çəkilən şəxslərin yaxınları, ya da vəkillərinin bu ittihamlarla bağlı hər hansı reaksiyaları məlum deyil.

XS
SM
MD
LG