Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

İçərişəhərdə “Vaqifsayağı” caz festivalı keçiriləcək


Vaqif Mustafazadə
Vaqif Mustafazadə

Vaqif Mustafazadənin 75 illik yubileyi münasibəti ilə “Vaqifsayağı” caz festivalı keçiriləcək.

APA-nın məlumatına görə, martın 16-da İçərişəhərdə keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı nəzərdə tutulub.

İki hissədən ibarət olacaq ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə başlayacaq, qonaqlar və media nümayəndələri İçərişəhərdə sənətkarın ev muzeyində xatirə günü keçirəcəklər.

Vaqif Mustafazadənin ev muzeyində qonaqlar eksponatlarla tanış olacaqlar.

Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların bir hissəsini eyni tərzdə, digər parçasını isə özünəməxsus şəkildə ifa edəcəklər.

Festival Rahib Azəri tərəfindən idarə olunacaq və iştirak sərbəstdir.

XS
SM
MD
LG