Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:29

İsveç Ukraynaya 175 milyon dollar verəcək


 Stefan Lofven
Stefan Lofven

Rusiyapərəst separatçıların Debaltseveyə hucumu zamanı 66 Ukrayna əsgəri həlak olub, 300-dən çoxu yaralanıb.

Bunu Ukrayna prezidenti Petro Poroşenko martın 11-də Kiyevdə İsveçin baş naziri Stefan Löfvénlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Poroshenko həmçinin bildirib ki, razılaşmaya baxmayaraq hələ də işğal edilmiş ərazilərdə xeyli ukraynalı əsir var.

Prezident qeyd edib ki, İsveç ikitərəfli əməkdaşlıq çərçivəsində 7 il ərzində Ukraynaya 175 milyon dollar ayıracaq.

Stefan Löfvén isə ölkəsinin Ukraynanın şərqinə sülhməramlı missiya göndərməyə hazır olduğunu deyib.

O həmçinin bildirib ki, əgər Donbasda vəziyyət gərginləşsə, İsveç Rusiyaya qarşı sanksiyaların genişlənməsini dəstəkləyəcək.

XS
SM
MD
LG