Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Merkel Moskvada keçiriləcək qələbə paradında iştirak etməyəcək


Angela Merkel
Angela Merkel

Almaniyanın kansleri Angela Merkel mayın 9-da Moskvada keçiriləcək qələbə paradında iştirak etməyəcək.

Amma bundan 1 gün sonra Moskvaya səfər edəcək.

Almaniya hökumətinin sözçüsü bildirib ki, Merkel paradda iştirakla bağlı dəvəti rədd edib.

Amma onun sözlərinə görə Merkel mayın 10-da Rusiya prezidenti Vladimir Putinlə birlikdə naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.

Rusiya İkinci Dünya Müharibəsinin sona yetməsini mayın 9-da, Qərb müttəfiqləri isə mayın 8-də qeyd edirlər.

XS
SM
MD
LG