Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

Azərbaycanda fəaliyyət göstərən əsas qida istehsalçılarından biri qiymətlərin artacağını elan edib.

Şirkətin rəhbəri Bakıda keçirilən 3-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışı zamanı deyib ki, qurum manatın devalivasiyasından müəyyən qədər ziyan çəkir.

Holdinqin Müşahidə Şurasının sədri Əbdülbari Gözəl onların istehsal etdiyi yerli məhsulların 15-17 faiz bahalaşacağını istisna etməyib.

Abdulbari Gözəl bildirdi ki, bu çətin vəziyyətdə istehsalçıların dövlətdən gözləntiləri var. İş adamları çətin dövrdə hökumətdən əlavə dəstək istəyir.

Azərbaycanda işçi işlətmək və bəzi vergilər çox ağırdır. Bu zaman insanlar vergidən qaçmağın yollarını axtarır.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə dövlətin iş adamlarına kifayət qədər dəstək verdiyini, hazırda aqrar və sənaye sahələrinin inkişafı üçün layihələr icra etdiyini bildirib.

Forumda dünyanın 17 ölkəsindən 300-ə yaxın nümayəndə iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG