Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58

-

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daşınmaz əmlak üzrə sənədləri rəsmiləşdirmə prosesini sadələşdirir.

Trend-in məlumatına görə, bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev martın 11-də brifinqdə deyib.

Mərkəz direktoru bildirib ki, söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir:

«Notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq».

Qeyd olunub ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər:

«Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək. Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG