Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

-

Martın 11-də Daxili İşlər Nazirliyi AXCP Sumqayıt şəhər təşkilatının sədri İsa Qurbanovun həbsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a bildirib ki, İsa Qurbanov avtomobili sərxoş vəziyyətdə idarə edərkən Yol Polisi onu saxlayıb:

«Qanunvericiliyə uyğun olaraq dərhal həkim müayinəsindən keçirilib və sərxoş olduğu müəyyən edilib. Avtomobili sərxoş vəziyyətdə idarə etməkdə təqsirləndirilən İ.Qurbanov məhkəməyə aparılarkən polis əməkdaşlarına tabesizlik də göstərib. Sumqayıt şəhər Məhkəməsi onun barəsində 5 sutkalıq inzibati həbs qərarı verib. Onun həbsinin siyasi fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Vəzifəsindən, siyasi və dini baxışından asılı olmayaraq hər kəs qanunların tələbinə riayət etməlidir».

İsa Qurbanov martın 10-da Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 5 sutkalıq həbs olunub. O, polisə müqavimətdə ittiham olunur.

AXCP məlumat yayaraq İsa Qurbanovun həbsini siyasi fəaliyyəti və 15 mart mitinqi ilə əlaqələndirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG