Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

İsa Qurbanov ona qarşı ittihamı əsassız sayır, apellyasiya şikayəti hazırlanır


İsa Qurbanov

İsa Qurbanov

-

Martın 10-da həbs olunan AXCP fəalı İsa Qurbanovla bağlı apellyasiya məhkəməsinə müraciət hazırlanır.

Bu barədə AzadlıqRadiosuna İsa Qurbanovun vəkili Əshabəli Mustafayev məlumat verib.

AXCP Sumqayıt şəhər təşkilatının sədri İsa Qurbanov polisə müqavimətdə ittiham olunur. İnzibati qaydada 5 sutka həbs cəzası alıb.

Əshabəli Mustafayevin dediyinə görə, İsa Qurbanov ittihamı əsassız sayır:

«Əvvəlcə onu avtomobillə yol hərəkət qaydalarını pozması adı ilə polisə çağırıblar. Sonra fikirlərini dəyişib həm bu məsələni saxlayıblar, həm də elə protokollaşdırıblar ki, bununla bağlı məhkəməyə aparılarkən polisə müqavimət göstərib, getmək istəməyib. Özü isə bütün bunları inkar edir».

AXCP partiya fəalının həbsini Milli Şuranın 15 mart mitinqi ilə əlaqələndirir. AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, bu həbs siyasi məqsədlidir:

«İsa Qurbanov polisə müqavimət göstərməyib. O, sadəcə siyasi fəaliyyətinə, xüsusilə də Milli Şuranın martın 15-də «Talana son!» şüarı ilə keçirəcəyi mitinqə görə saxlanıb».

AXCP FƏALI SƏRXOŞLUQDA GÜNAHLANDIRILIR

Martın 11-də Daxili İşlər Nazirliyi AXCP Sumqayıt şəhər təşkilatının sədri İsa Qurbanovun həbsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a bildirib ki, İsa Qurbanov avtomobili sərxoş vəziyyətdə idarə edərkən Yol Polisi onu saxlayıb:

«Qanunvericiliyə uyğun olaraq dərhal həkim müayinəsindən keçirilib və sərxoş olduğu müəyyən edilib. Avtomobili sərxoş vəziyyətdə idarə etməkdə təqsirləndirilən İ.Qurbanov məhkəməyə aparılarkən polis əməkdaşlarına tabesizlik də göstərib. Sumqayıt şəhər Məhkəməsi onun barəsində 5 sutkalıq inzibati həbs qərarı verib. Onun həbsinin siyasi fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Vəzifəsindən, siyasi və dini baxışından asılı olmayaraq hər kəs qanunların tələbinə riayət etməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG