Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

-

Martın 11-də Bakıda IV Beynəlxalq Muğam Festivalı başlanır.

Festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və qruplar dəvət olunublar.

Festivalda Azərbaycanın muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.

Festival günlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Əsli və Kərəm» tamaşaları qonaqlar üçün təqdim olunacaq.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqı tərəfindən gerçəkləşdirilən festival martın 18-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG