Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11

ABŞ səfiri: «Azərbaycan hökuməti ilə danışıqları davam etdiririk»


Robert Cekuta

Robert Cekuta

-

«Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı müzakirələri davam etdiririk. Bu ideya üzərində iş aparırıq».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta belə deyib. O, martın 10-da Amerika Günləri festivalının açılışında jurnalistlərin suallarını cavablandırıb.

Səfir azərbaycanlı əsirlər Dilqəm ƏsgərovŞahbaz Quliyevlə bağlı da açıqlama edib:

«ABŞ dövlət katibinin köməkçisi Victoria Nuland Ermənistanda səfərdə olarkən azərbaycanlı əsirlərin (Dilqəm Əsgərov və Şahbaz Quliyev-red.) azad olunmasına çağırıb. Eyni zamanda bizim Minsk Qrupundakı həmsədrimiz də eyni çağırışı səsləndirib. Biz bütün tərəflərlə birlikdə Minsk Qrupunun həmsədri olaraq uzun müddət davam edən münaqişənin tez bir zamanda nizamlanması yollarını arayırıq. Bu nizamlanma yollarından biri də müxtəlif humanitar jestlərin edilməsidir. Əsirlərin azad edilməsi də həmin humanitar jestlərdən biri ola bilər».

2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb. Ermənistan tərəfi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG