Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Siyavuş Novruzov: «15 mart mitinqinin sifarişi xaricdən gəlib»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin sifarişi xaricdən gəlib».

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, bu mitinqin heç bir əsası yoxdur:

«Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bunun xeyirli tərəflərinin nədən ibarət olması ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. Milli Şura adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır. Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki».

Siyavuş Novruzov Milli Şuranın ekspert və iqtisadçılarının olmaması qənaətindədir:

«O qədər bisavad, əsassız bəhanələr gətirirlər ki. Təbii ki, bunların da sifarişləri xaricdən gəlir, daxili məsələ deyil. Çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək».

Milli Şura martın 15-də mitinq keçirməyi planlaşdırır. Aksiyanın əsas şüarı «Talana son!»dur. Məqsəd Milli Bankın fevralın 21-də manatı dəyərdən salmasına və bahalaşmaya etiraz etməkdir.

Bakı şəhər İcra Hakimiyyəti hələ ki 15 mart mitinqi ilə bağlı müraciətə cavab verməyib.

XS
SM
MD
LG