Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:25

Nazarbaev deyir ki, yenə namizədliyini verəcək


Almatıda poster
Almatıda poster

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev deyir ki, aprelin 26-da keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürəcək.

Bu barədə prezidentin hakim Nur Otan partiyasının martın 11-də keçirilən qurultayında məlumat verilib.

Nur Otan üzvləri qurultayda onun namizədliyini irəli sürmüşdü. “Biz rəsmən Nazarbaev-in Nur Otan-ın prezidentliyə namizədi görmək istəyirik və ondan xahiş edirik ki, razılıq versin,” ictimai xadim Kenzhegaly Sagadyev demişdi.

74 yaşlı Nazarbaev 1989-cu ildən, Kommunist Partiyanın rəhbəri olandan bəri Qazaxıstanı idarə edir. O, martın 6-da deyib ki, “dekorasiyanı dəyişmək vaxtıdır”, ancaq növbəti beş ilə namizədliyini irəli sürməklə bağlı bir söz söyləməyib.

Nazarbaev onu da əlavə edib ki, vətəndaşların çoxu “ölkədə daxili sabitliyin saxlanması üçün” onun vəzifədə qalmasını istəyir.

Nazarbaev ölkədə narazıları susdurur, Qərb keçirilən seçkilərdən heç birini azad və ədalətli adlandırmayıb.

XS
SM
MD
LG