Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) fevralda dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödəyib.

Məlumatı SOCAR-ın rəsmi saytı yayıb.

Məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında SOCAR tərəfindən büdcəyə ödənilən məbləğ 226 milyon 729 min manat olub.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, fevralda şirkət Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 1.9 faiz çox olub.

Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG