Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Özbək teoloq vəfat edib


Uzbekistan - Shaikh Muhammad Sodiq Muhammad Yusuf
Uzbekistan - Shaikh Muhammad Sodiq Muhammad Yusuf

-

Özbəkistanın tanınmış islamşünas alimi Muhammad-Sodiq Muhammad-Yusuf 63 yaşında, infarktdan vəfat edib. Alim Daşkənddəki İslam Universitetində idman zalında basketbol oynadığı yerdə ürəyi tutub.

Onun ölüm xəbərini alan yüzlərlə tərəfdarı Daşkənddəki evinin qarşısına toplaşıb. AzadlıqRadiosunun əməkdaşı martın 11-də dəfn öncəsi Özbəkistan paytaxtında polis sayının artırıldığını xəbər verir.

Muhammad-Sodiq müstəqillikdən sonra Özbəkistanın ilk müftisi olub. Ölkədə, eləcə də Qazaxıstanın cənubunda dindarların çoxu üçün qeyri-rəsmi ruhani lider olaraq qalıb.

1997-ci ildə Muhammad-Sodiq MDB-nin müsəlman ölkələri və federasiyaları üçün məsul şəxsi təyin olunub.

O, mülayim islam, İslamda daha çox demokratiya tərəfdarı idi, İslam Dövləti və digər islamçı terrorçu qrupları açıq tənqid edirdi.

XS
SM
MD
LG