Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

-

Saxlanma yerlərində yoxlama aparan İctimai Müşahidə Komissiyasının üzvləri və “Moskovskiy Komsomolets” qəzetinin müxbiri “Lefortovo” həbsxanasına baş çəkib. Onlar Rusiya müxalifət lideri Boris Nemtsovun qətli ilə əlaqədar saxlanmış Zaur Dadaev və Gubashev qardaşları ilə görüşüblər.

Bu şəxslər saxlanma zamanı döyüldüklərini, işgəncələrə məruz qaldıqlarını deyiblər. Müxbir bir məqamı da qeyd edir ki, xüsusi təhlükəli şübhəlilərin saxlanması zamanı güc tətbiqinə icazə verilir.

31 yaşlı Şahid Gubashev təcridxanada onunla insani rəftar olunduğunu, ancaq əvvəldən başına gələnləri danışmaq istədiyini deyib. Onun sözlərinə görə qohumları Zaur Dadaev-in saxlanmasını eşidib dərhal onun dalınca yollanıblar. “Hər hansı cinayətdə əlimiz olsaydı, belə edərdikmi?” Gubashev gözlərinin bağlandığını, özünün və qardaşının döyüldüyünü bildirib.

“Tələb edirdilər deyim ki, Nemtsovu biz öldürmüşük”. Gubashev vəkilini birinci dəfə məhkəmədə gördüyünü deyib. “Vəkil nəyimə lazımdır? Bu işin mənə dəxli yoxdur axı.. Xahiş edirəm aydınlaşdırın, biz niyə burdayıq, bizi niyə döyürdülər? Biz təqsirli deyilik”.

Qardaşı Anzor Gubashev şikayəti olmadığını, danışmaq istəmədiyini deyib.

Zaur Dadaev isə bədənində qandal izlərini göstərir. O, iki sutka, başına paket keçirilərək döyüldüyünü, həmin paketi də saxladığını söyləyib. “Elə hey qışqırırdılar ki “Nemtsovu sən öldürmüsən?” Deyirdim “yox”. Saxlananda dostum, keçmiş əməkdaşım Ruslan Yusupov yanımda idi. Deyirdilər ki, boynuma alsa, onu buraxacaqlar. Razılaşdım. Düşündüm onu da buraxarlar, məni də Moskvaya salamat gətirərlər”.

Martın 8-də yayılmış məlumata görə, Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadaev etirafedici ifadələr verib. Bu haqda işə baxan hakim məlumat verib. Dadayev-in aprelin 28-ə qədər həbsdə qalması barədə qərar çıxarılıb. Məhkəmə həbs qərarını onun şahidlərə təzyiq edə, sübutları məhv edə biləcəyi ilə əsaslandırıb.

Vaxtilə Çeçenistan lideri Ramzan Kadyrov-un “Sever” çeçen batalyonunda xidmət etmiş Zaur Dadaev 2010-cu ildə Rusiya prezidenti tərəfindən “İgidliyə görə” Ordeni ilə təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG