Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

Clinton şəxsi elektron poçtundan “rahatlıq” üçün istifadə edib


Hillary Clinton

Hillary Clinton

ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton bir həftədir ki, davam edən e-mail qalmaqalına son qoymağa cəhd göstərib.

O etiraf edib ki, dövlət katibi vəzifəsində olarkən rəsmi e-mail ünvanından istifadə etməli olsa da, öz şəxsi elektron poçtundan istifadə edib, lakin bu e-maildən heç vaxt məxfi materialları göndərməyib.

Nyu Yorkda, BMT-nin binasında keçirdiyi mətbuat konfransında xanım Clinton israr edib ki, onun Dövlət Departamenti ilə yazışması ictimaiyyət üçün asçıqlanacaq.

Lakin təhlilçilərin fikrincə, Clinton-un şəxsi hesabındakı 30 min e-mail-i silməsi narahat sualları cavabsız buraxacaq.

Hillary Clinton deyib ki, sildiyi məktublar şəxsi xarakterdə olub.

Qalmaqal dövlət katibi olduğu dörd il ərzində Clinton-un rəsmi elektron poçtundan istifadə etmədiyi bəlli olduqdan sonra yaranıb.

O bildirib ki, ev ünvanından “işinin rahatlığı” üçün istifadə edib.

Keçmiş dövlət katibi iş üçün şəxsi elektron poçtundan istifadə etməklə hər hansı qanunları pozmadığında israr edir.

Təhliçilər həmçinin bu qalmaqalın xanım Clinton-un prezidentlik iddialarını necə təsirləndirəcəyini götür-qoy edirlər.

NBC News və “Wall Street Journal”ın apardıqları rəy sorğusu demokratların praymeriz seçkilərində iştirak edəcək potensial seçicilərin 86 faizinin Hilary Clinton-u dəstəklədiyini göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG