Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Dubayın miqrant fəhlələri etiraz aksiyası keçiriblər


Dubay - miqrant fəhlələrin şəhəri.
Dubay - miqrant fəhlələrin şəhəri.

Dubayda Cənubi Asiyadan olan yüzlərlə miqrant fəhlə onlara iş vermiş tikinti kampaniyası ilə maaş mübahisəsinə görə oturaq etiraz aksiyası keçiriblər.

Dubay üçün nadir olan bu hadisənin görüntüləri sosial mediada yayılıb.

Birləşmiş Ərəb Əmirliklərində ictimai etiraz aksiyaları qadağandır və bu aksiyanın keçşirildiyi yerə iğtişaş polisinin birləşmələri gətirilib.

Buna baxmayaraq şəhərin əsas yollarından birini bağlamış fəhlələrin aksiyası zorakılıqsız başa çatıb və heç kəs həbs olunmayıb.

Hökumət mübahisənin danışıqlar yolu ilə həllini tapdığını bildirib.

Xəbər verilir ki, Birləşmiş Ərəb Əmirliklərində minlərlə miqrant işçinin əməyi istismar edilir.

Məsələn bu etirazda iştirak edən fəhlələrin əksəriyyəti ayda 90 dollar maaş alır.

Onlar mərkəzi Dubayda “Fəvvarələr meydanı”nın tikintisində iştirak edirlər.

XS
SM
MD
LG