Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:53

İfrat mühafizəkar Yazdi İran Üləmalar Məclisinin sədri seçilib


Ayətullah Mohammad Yazdi.

Ayətullah Mohammad Yazdi.

İranda sərt xətt-hərəkət tərəfdarı ayətullah Mohammad Yazdi qüdrətli Üləmalar Məclisinin rəhbəri olub.

Konstitusiyaya görə bu qurum ölkənin ali rəhbərini müəyyən edir.

Ayətullah Yazdi seçki zamanı rəqibi, keçmiş prezident Ali Akbar Hashemi Rafsanjanini böyük səs çoxluğu ilə məğlub edib.

Müxbirlər deyirlər ki, Yazdi bu seçkidə populyar namizəd hesab olunmurdu.

O Üləmalar Məclisinə gələn ilin fevralınadək rəhbərlik edəcək. Bundan sonra qurumun bütün 86 mandatı üçün seçki keçiriləcək və seçki parlament seçkiləri ilə eyni vaxta düşəcək.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Yazdi-nin bu vəzifəyə gəlməsi ölkənin 75 yaşlı ali rəhbəri Khamnei-nin xəstəliyi barədə şaiyələrin dolaşdığı zamana təsadüf edir.

Üləmalar Məclisinə seçki qurumun keçmiş rəhbəri ayətullah Mohammad Reza Mahdavi Kani-nin vəfatı ilə əlaqədar keçirilib.

XS
SM
MD
LG