Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

ABŞ Rusiya hökumətinə maliyyə yardımını dayandırıb


Jen Psaki
Jen Psaki

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bazar ertəsi bəyan edib ki, Birləşmiş Ştatlar artıq Rusiya hökumətinə maliyyə yardımı göstərmir.

Xanım Psaki deyib ki, “biz ortaq maraq kəsb edən məsələlərdə Rusiya hökuməti ilə təmaslar qurmaqda davam edirik, lakin bizim bizim xarici yardım büdcəmizdə artıq Rusiya bəndi yoxdur”.

Psaki izah edib ki, nüvə silahının yayılmaması da daxil bəzi mühüm proqramları maliyyələşdirilməkdə davam edir, lakin bu, hökumətə göstərilən yardım sayılmır.

Bununla yanaşı, Dövlət Departamenti professional mübadilə proqramına da pul buraxılmasını dayandırmayıb, çünki burada söhbət Rusiya hökumətindən yox, konkret namizədlərdən gedir.

ABŞ Rusiyadan başqa 50-dək ölkəyə uzunmüddətlıi maliyyə yardımı göstərir.

Son 20 ildə 5 keçmiş sovet respublikası ABŞ-dan 2 milyard dollardan artıq yardım alıb.

Rusiya 2011-ci ildə ABŞ-dan 186 milyon, 2012-ci ildə 100 milyon, 2013-cü ildə cəmi 20 milyon dollar yardım almışdı.

2014-cü ildən bütün yardımlar dayandırılıb.

Rusiya 2012-ci ildə ölkədə USAİD təşkilatının fəaliyyətini dayandırıb. Moskva iddia edirdi ki, ABŞ qrantlar vasitəsilə ölkədəki siyasi proseslərə təsir göstərməyə çalışır.

XS
SM
MD
LG