Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:48

Rusiya martın 11-dən Avropada Adi Silahlara dair Müqavilənin kontakt qrupunun iclaslarında iştirakını dayandırmaq qərarı qəbul edib.

Moskva bəyan edib ki, NATO genişlənməklə faktiki olaraq bu müqaviləni etibarsız edib.

Rusiya bu müqavilənin dayandırılacağını hələ 2007-ci ildə elan etmişdi.

Lakin Rusiya rəsmiləri bildiriblər ki, bu qərara baxmayaraq, Moskva Avropada adi silahlar üzərində nəzarət məsələlərinə dair dialoqdan imtina etmir.

Rusiyanın müqavilənin kontakt qrupundakı nümayəndəsi Anton Mazur deyib ki, NATO bu sənədin adaptasiya olunmuş variantını tanımaqdan imtina edib. Belə bir variantı Moskva təklif etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG