Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

Naxçıvanla Polşanın Krakov şəhəri qardaşlaşacaq


Naxçıvanla Polşanın Krakov şəhəri qardaşlaşacaq. Bu məsələ Polşanın Azərbaycandakı səfiri Kşiştov Krayevskinin Muxtar Respublika (MR) Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı müzakirə edilib. Bölgədə səfərdə olan diplomat təmsil etdiyi ölkənin Naxçıvanla qarşılıqlı əlaqələri inkişaf etdirməsinin tərəfdarı olduğunu bildirib.


Naxçıvanın turizm imkanları ilə tanış olmaq üçün Kşiştov Krayevski oktyabrın 27-də Ordubad rayonunda olub. Oktyabrın 28-də isə diplomat «Duz dağı» fizoterapiya xəstəxanasına gedəcək. Onun Sirab və Badamlı zavodlarına baş çəkməsi də gözlənir.


Cənab Krayevskinin sözlərinə görə, noyabrın 8-də Bakıda Polşada istehsal edilən sənaye məhsullarının satış sərgisi keçiriləcək. Sərgidə Polşa parlamentinin sədrinin də iştirakı gözlənilir.


Kşiştov Krayevskinin MR-ə səfəri oktyabrın 28-də başa çatacaq. Bu, onun bölgəyə ikinci səfəridir. Birinci dəfə doplomat Naxçıvana 2005-ci ilin noyabrında gəlmişdi.
XS
SM
MD
LG