Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Yeni yaşayış massivində sayğac müəmması...


Arxiv fotosu
Arxiv fotosu

-

"4 ay əvvəl gətirib sayğac quraşdırdılar. Hərədən də 270 manat aldılar. Bu günlərdə də gəlib sayğacları yığıb apardılar ki, saxtadılar. Saxta sayğacları niyə gətirib qurşadırmışdılar, maraqlıdır".

Binə qəsəbəsi ərazisində salınmış yeni yaşayış massivinin (keçmiş südçülük sovxozu) sakinləri Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsindən şikayətçidilər. Onlar bir müddət əvvəl quraşdırılmış sayğacların sökülməsindən narazıdılar:

"DEDİ, BU SAYĞACLARI QURAŞDIRANLAR CƏZALANDIRILIB"

"Bir işçisi gətirib quraşdırdı, o biri işçisi gəlib sökdü... Bu necə qurumdur? Məgər bu sayğaclar quraşdırılmamışdan əvvəl laboratoriyalarda yoxlanılmırmı? Qoşqar adlı bir nəfər idi, özünü işıq idarəsinin işçisi kimi təqdim etdi, dedi, sayğaclar saxtadır, sökülməlidir. Dedi, bu sayğacları quraşdıranlar cəzalandırılıblar. Sökdü, apardı".

Yeni yaşayış massivinin sakini Qadir Məmmədov hələ də bilmir ki, sayğac pullu, yoxsa pulsuz quraşdırılmalıydı. Üstəlik də, verdiyi pulu indi kimdən geri tələb edəcəyini bilmir:

"Biri deyir, gərək pul verməyəydin, səni aldadıblar. Ancaq idarə işçiləri sayğacın pullu olduğunu dedilər. Ancaq heç qəbz vermədilər".

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsindən məsələdən xəbərsiz olduqlarını və məsələni araşdıracaqlarını bildiriblər.

XS
SM
MD
LG