Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Qarabağda 2 oğul itirən nənə evsiz qalıb


Məruzə Məmmədova nəvəsiylə birlikdə
Məruzə Məmmədova nəvəsiylə birlikdə

-

Qarabağ savaşında 2 oğul itirən Ağstafa rayon Saloğlu kənd sakini Məruzə Məmmədova dövlətin biganəliyindən şikayətlənir. 30 ildən çoxdur ki, sığınacaq kimi verilmiş evdə yaşayan 90 yaşlı bu qadına indi nəvəsi Qərənfil baxır. Nəvənin deməsinə görə, onlara sığınacaq kimi verilən bu ev də çökür:

«BURA HEYVAN SALSAN DAYANMAZ...»​

Məruzə Məmmədovanın yaşadığı ev
Məruzə Məmmədovanın yaşadığı ev

«Yağış yağanda evdə oturmaq olmur. Evin tavanı dağılıb, bura heyvanı salsan dayanmaz, amma biz burdayıq. Dəfələrlə kənd icra nümayəndəsinə demişəm, Ağstafa rayon icra başçısının qəbulunda olmuşuq, amma 2 şəhid anasının şikayətinə baxan yoxdur. Əmim 1992-93-cü illərdə könüllü olaraq Ağdərəyə, cəbhəyə gedib. 1993-cü ildə şəhid olub. Digər əmim minaya düşüb. O da rəhmətə gedib. 8 uşaq böyüdüb, 2 şəhid verən nənəmə baxan yoxdur. Gözləri görmür, qulaqları zəif eşidir. Ev vermirlər, heç olmasa başqa bir yerdə, yağış düşməyən başqa bir sığınacaq versinlər, orda yaşayaq. Bu barədə dəfələrlə bütün aidiyyəti şəxslərə, qurumlara müraciət etsəm də, heç kim bu günə qədər bizim acınacaqlı, faciəli vəziyyətimlə maraqlanmayıb»​.

SONDA ÜMİD ÖLÜR...

Nəvə son ümidini dilə gətirir:

Evin içərisi
Evin içərisi

«Bəlkə mənim dərdimi ölkə rəhbərliyi efir vasitəsilə dinləyər. Üzümü sizə tuturam, cənab prezident. Mənim yaşamağa yerim yoxdur. Bu illər ərzində dövlət vəsaiti hesabına Ağstafada şəhid ailələri və Qarabağ əlilləri üçün bir neçə bina tikildi. Amma onların əksəri imkanı olub, ehtiyacı olmayanlara verildi. Nənəmin adı isə hansısa səbəbdən siyahıya belə salınmayıb. Bir dəfə neçə il bundan öncə Qurban bayramında nənəmə 1-2 kilo ət veriblər».

İCRA HAKİMİYYƏTİ SÖZ VERİR...

90 yaşlı Məruzə Məmmədova və onun nəvəsinin şikayəti ilə bağlı Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bu şikayətin araşdırılcağını bildirdilər.​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG