Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

İranda müxalifət liderlərini azad etməyə çağıran deputata hücum edilib


Ali Motahari
Ali Motahari

İranın cənubunda ev dustaqlığında olan müxalifət liderlərini azad etməyə çağıran deputat Ali Motahariyə hücum edilib.

İRNA agentliyinin məlumatına görə, ona martın 9-da Şiraz hava limanında hücum edilib.

Motosiklda olan bir neçə nəfər onun maşınını daşa basıb, maşının pəncərələrini dəyənəklə sındırıblar.

Nəticədə deputat yaralanıb, gözlərinə şüşə qırıntıları dolub və o çıxışını təxirə salmalı olub.

Ali Motahari hakimiyyəti dəfələrlə 2011-ci ildən ev dustaqlığında olan müxalifət liderləri Mehdi Karrubi və Mir Hossein Musavini azad etməyə çağırıb.

Onlar 2009-cu ildə İranda keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən etirazlara görə həbs olunublar.

XS
SM
MD
LG