Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Victoria Nuland:"Rusiya Ukraynadakı separatçılara böyük sayda silah ötürüb"


Victoria Nuland
Victoria Nuland

ABŞ deyir ki, atəşkəsə baxmayaraq Rusiya son günlər Ukraynanın şərqindəki separatçılara böyük sayda silah verib.

ABŞ Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Victoria Nulandın sözlərinə görə, söhbət tank, zirehli döyüş maşınları,ağır artileriya və raket qurğularından gedir və bunun sərhəddi keçməsi barədə dəlillər var.

O bunu martın 10-da Senatın xarici əlaqələr komitəsində çıxışında deyib.

Moskva daima bu cür ittihamları rədd edir.

Nuland qeyd edib ki, Vaşinqton atəşkəsin baş tutmayacağı halda müttəfiqləri ilə

Rusiyaya qarşı yeni mümkün sanksiyaları nəzərdən keçirir.

Fevralın 15-də Ukraynanın şərqində atəşkəs elan olunsa da tərəflər arasında vaxtaşırı silahlı insidentlər olur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

XS
SM
MD
LG