Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Qırğızıstanda da QHT-lər xarici agent hesab oluna bilər


Qırğızıstan parlamenti
Qırğızıstan parlamenti

Qırğızıstan parlamentinin komitəsi xaricdən maliyyələşdirilən QHT-lərin “xarici agent” hesab edilməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Deputat Shyryn Aitmatova Azadlıq Radiosunun qırğız xitmətinə bildirib ki, qanun layihəsi martın 10-da qəbul olunub və baxılmaq üçün digər komitələrə göndərilib.

Bu qanun layihəsini bir qrup deputat hələ ötən ilin noyabrında təklif edib, amma Adliyyə Nazirliyi həmin vaxt belə bir qanuna ehtiyac olmadığını və hazırkı qanunun ölkənin təhlükəsizliyini lazımınca qoruduğunu bildirmişdi.

Həmçinin bir çox yerli tənqidçilər bunu Rusiyanı yamsılamaq kimi qiymətləndirirlər.

Qırğızıstanın da üzv olduğu Kollektiv Təhlükəsialik Müqaviləsi Təşkilatının rəhbəri Nikolai Bordyuzha martın 6-da Bişkekdə deyib ki, Qırğızıstan xaricdən maliyyələşən QHT-lərə ciddi nəzarət etməlidir.

O qeyd edib ki, xarici dövlətlər bu cür təşkilatlardan ölkələrin suverenlik və ərazi bütövlüyünə təhlükə kimi istifadə edirlər.

XS
SM
MD
LG