Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Dilqəm Əsgərovla Şahbaz Quliyevi buraxmadılar​


Dilqəm Əsgərov
Dilqəm Əsgərov

-

Martın 10-da separatçı Dağlıq Qarabağ rejimi azərbaycanlı girovlar Dilqəm ƏsgərovŞahbaz Quliyevin apellyasiya şikayəti üzrə qərarını açıqlayıb.

​Məhkəmə şikayəti təmin etməyib. Əvvəlki qərarı – D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il azadlıqdan məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü il iyunun 29-da işğal altındakı Kəlbəcər rayonuna getmişdi. D.Əsgərovla Ş.Quliyev əsir götürülmüşdü, H.Həsənov isə öldürülmüşdü.

Məhkəmədə əsirlər Kəlbəcərə getməkdə məqsədlərinin doğmalarının məzarlarını ziyarət etmək olduğunu deyiblər.

Azərbaycan tərəfi bu məhkəmənin heç bir hüquqi qüvvəsi olmadığını bildirib.

Ötən ay ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick səlahiyyətli şəxsləri 2 azərbaycanlı məhbusu Azərbaycan hökumətinə qaytarmağa çağırmışdı.

O bildirmişdi ki, bu cür humanist addım tərəflər arasında etimad yaradılması və gərginliyin azalmasına kömək edə bilər.

XS
SM
MD
LG