Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:53

Amerikada ilk Azərbaycan məktəbi açıldı


Nyu-York şəhəri. Keçmiş sovet vətəndaşlarının məskunlaşdıqları Brayton Biç rayonu

Nyu-York şəhəri. Keçmiş sovet vətəndaşlarının məskunlaşdıqları Brayton Biç rayonu

Oktyabrın 18-də ABŞ-ın Nyu-York şəhərində ilk Azərbaycan məktəbinin açılışı oldu. Məktəbi açan Azərbaycan Nyu-York Assosiasiyasının sədri Əli Nəsibovun sözlərinə görə, bu, ümumiyyətlə, Birləşmiş Ştatlarda ilk Azərbaycan məktəbidir: «Amerikada yaşayan azərbaycanlı uşaqların əksəriyyəti demək olar ki, ana dilini bilmir. Vəziyyəti belə görüb, dilimizi, ənənələrimizi qorumaq üçün məktəb açmaq qərarına gəldik».

Məktəbin açılmasına Nyu-Yorkdakı türk diasporasının nümayəndələri də kömək ediblər. Belə ki, Nyu-Yorkdakı türk məktəbinin binasında azərbaycanlılar üçün bir otaq ayrılıb.


Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyasının qurultayı keçirilib


Oktyabrın 15-də Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyasının qurultayı keçirildi. Federasiyanın prezidenti Əkbər Məcidov deyir ki, qurultayda qurumun bir il ərzində gördüyü işlərlə bağlı hesabat verildi. Əkbər Məcidov yenə də federasiyanın sədri seçildi. Amma qurultaydan narazı olanlar da oldu. Cənab Məcidovun sözlərinə görəsə, narazılığa heç bir əsas yoxdur: «Bu işlərdən öz şəxsi niyyətləri, ambisiyaları üçün istifadə edən insanlar var».


Narazılardan biri Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının rəhbəri İlham Axundov deyir ki, onlar qurultayı legitim saymırlar. Çünki qurultayın çağırılması ilə federasiyanın Nizamnaməsi pozulub: «Federasiyanın təsisçisi olan altı cəmiyyətdən yalnız ikisi bir araya gəlib və federasiyaya daxil olmayan daha üç cəmiyyətlə bir yerdə toplantı keçiriblər. Sonra bu illik toplantı qurultaya çevrildi».


Kiyev Dövlət Universitetində Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris edilir


2005-ci ildə Ukraynada Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası yaranıb. Təşkilatın məqsədi Ukraynada Azərbaycanı təbliğ etməkdir. Assambleyanın sədri, Lvov Dövlət Universitetinin professoru Fərhad Turanlı: «Bu işlər elmi konfransların


keçirilməsi, tarix, dil, ədəbiyyat, etnoqrafiya, siyasət və iqtisadiyyat mövzularında elmi tədqiqatların aparılmasından ibarətdir». Cənab Turanlı deyir ki, 2001- ci ildə Kiyev Dövlət Universitetində Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi ilə Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb. Burada Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris edilir.


DİNLƏYİN


XS
SM
MD
LG