Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:05

Müsavatın toplantısında Milli Şuranın mitinqi də müzakirə olunub


Foto arxiv

Foto arxiv

Müsavat Partiyası martın 10-da növbəti toplantısını keçirib.

Partiyanın başqan müavini Elman Fəttahın Azadlıq Radiosuna verdiyi məlumata görə, iclasda ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə edilib.

O bildirib ki, iclasda Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə iştirak məsələsi də müzakirə olunub.

Onun sözlərinə görə, partiya bununla bağlı qərar verməyib və partiya üzvləri mitinqə qatılıb-qatılmamaqda sərbəstdir.

Amma Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirakla bağlı heç bir partiyaya müraciət etməyib.

Ona görə də, mitinqdə iştirakı üzvlərin öz öhdəsinə buraxırıq.

Milli Şura martın 15-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda ölkədəki qiymət artımına etiraz olaraq mitinq keçirmək barədə qərar qəbul edib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG