Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

NATO-nun 7 üzvü martın 10-dan Qara dənizdə hərbi təlimlərə başlayıb.

Təlimlərdə ABŞ, Türkiyə, Rumuniya, Bolqarıstan, Kanada, Almaniya və İtaliya iştirak edir.

NATO 2014-cü ildə Rusiyanın Krımı ilhaq eləməsindən sonra müttəfiqlərini sakitləşdirmək üçün Şərqi Avropada bir neçə dəfə hərbi təlimlər keçirib.

Bolqarıstan hərbi-dəniz donanmasının məlumatına görə təlimlərdə hava hücumlarından müdafiə sistemi, sualtı qayıqlar və hərbi gəmilər iştirak edir.

Rusiyanın müdafiə nazirliyi ötən həftə Rusiyanın cənubu, habelə Krım və Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hərbi təlimlərə başlandığını bəyan eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG