Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

-

Azərbaycan elminə ağır itki üz verib.

AMEA-nın yaydığı xəbərə görə, Dövlət mükafatı laureatı, Əməkdarmemar, «Şöhrət» ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.

Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakıda anadan olub.

1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.

1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.

Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. 1986-cı ildə Azərbaycan SSRİ-nin «Şərəf nişanı» ordeni, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunub. 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.

Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır.

Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyükelmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olub. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarların həyat və yaradıcılığı gənc alimlərin tədqiqat obyektinə çevrilib.

Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olub. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda iştirak edib.

Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilib.

Ş. Fətullayev-Fiqarov 150-dən artıq elmi əsərin müəllifidir.

«XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı», «XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı», «Azərbaycan məscidləri», «İran şəhərləri Qacarlar dövründə», «Bakının Memarlıq ensiklopediyası», «Abşeron memarlığı», «Memar-Məşədi Mirzə Qafar İzmaylov» və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.

Allah rəhmət eləsin!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG