Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

-

Aprelin 20-də Yazıçılar Birliyinin Natəvan klubunda Xəyalə Sevilin "Saçlarıma ay qonub " adlı şeir kitabının təqdimat mərasimi keçiriləcək.

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin finalçısı olmuş Xəyalə Sevildən bir şeir:

Xəyalə Sevil

Bətnimdə böyüyən adam

Bətnimdə böyüyən adam,
Bir ömür gözləyir səni.
Ömrün yaşına gələcək,
Həyat başına gələcək.
Qoy səni aldatmayım ki,
“Dünya xoşuna gələcək”...

Bətnimdə böyüyən adam,
Dünya bətnim kimi deyil,
Enişi var, yoxuşu var.
Bu dünyaya hər gələnin
Torpağa bir qapı açıb
Bu dünyadan çıxışı var.
Qapı-qapı qəbirlərini tanı,
Bunu, onu, o birilərini tanı.
Bizi saxlayır, böyüdür,
Dayədi bu dünya bizə.
Dünyadan ev olmaz, balam,
Kirayədi dünya bizə.

Bətnimdə böyüyən adam,
Müxtəsəri,
Anan mənəm, atan odu.
Evin budu, odan odu.
Səni hər gün əzizləyən
Bacın, qardaşın da var.
Daşın üstə daş qoymağa
Balaca daşın da var.
Ürəyimiz üzünə
Açılıbdı taybatay,
Gözləyirik aybaay.
Fərqi yoxdu, oğlan ya qız,
Balamsan, balamsan mənim.
...7 ...8 ...9

Günün bütün mövzuları

XS
SM
MD
LG