Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

Lukashenka Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyir


Aleksandr Lukashenka
Aleksandr Lukashenka

“Belarus Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır”.

BELTA agentliyinin məlumatına görə bunu Belarus prezidenti Aleksandr Lukashenka martın 10-da Azərbaycanın baş nazir müavini Yaqub Eyyubovla görüşdə deyib.

O qarşılıqlı əməkdaşlıqda qapalı mövzu olmadığını bildirib.

Lukashenka ötən ilik iki ölkə arasındakı ticarət dövriyyəsinin artığını və ölkəsinin qarşılıqlı investisiyalarda maraqlı olduğunu qeyd edib.

Lukaşenkohazırda Azərbaycanda Belarus traktorları, yük avtomobilləri və liftlərin istehsalı üzrə birgə müəssisələr olduğunu vurğulayıb və bildirib ki,növbəti mərhələdə məqsəd birgə məhsulları üçüncü ölkələr, Qafqaz regionuna çıxarmaqdır.

XS
SM
MD
LG