Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:25

50-dən çox rayonda 10 min dən çox subyektə 17 milyon yeni manatdan artıq kredit verilib


Kredit İttifaqlarının vasitəsilə indiyə qədər Azərbaycanın 50-dən çox rayonunda 10 min dən çox subyektə 17 milyon yeni manatdan artıq kredit verilib. Bunu Azərbaycan Kredit İttifaqlar Assosiasiyasının idarə heyətinin sədri Elçin Bağırov Assosiasiyanın keçirdiyi konfransa bildirib. Onun sözlərinə görə, verilən kreditlərin minimum məbləği 100, maksimum isə 2 min yeni manata qədərdir. Elçin Bağırovun dediyinə görə, bəzi gecikmələr nəzərə alınmasa əhaliyə verilən kreditlərin təxminən 98 faizi vaxtında geri qaytarılır.


XS
SM
MD
LG