Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:39

Pakistan prezidenti Azərbaycana gəlir


Mamnoon Hussain-in İslamabadda yol kənarına vurulmuş şəkli
Mamnoon Hussain-in İslamabadda yol kənarına vurulmuş şəkli

-

Martın 11-14-də Pakistan prezidenti Mamnoon Hussain Azərbaycanda rəsmi səfərdə olacaq. Hussain Azərbaycana prezidenti İlham Əliyevin dəvəti ilə gəlir. Bu haqda Pakistan prezidentinin rəsmi saytı məlumat yayıb.

Danışıqlar iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək.

Səfər zamanı biznes-forum keçiriləcək.

Mamnoon Hussain Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu ölkənin ali Hilal-e Pakistan ordenini də təqdim edəcək. M.Əliyeva Pakistana 10 il ərzində humanitar yardım sahəsindəki xidmətlərinə görə mükafatlandırılacaq.

XS
SM
MD
LG