Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:34

Ağ Ev respublikaçıların İranla bağlı mövqeyini kəskin tənqid edib


 Barack Obama
Barack Obama

Ağ Ev respublikaçıların İranın nüvə proqramı ilə bağlı mövqeyini kəskin tənqid edib.

Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, senatorların bu addımı siyasi motivlidir və prezident Barack Obamamnın xarici siyasətini pozmağa yönəlib.

O, bunu Obamanın xarici siyasətinə qarşı yönəlmiş “partizan strategiyası”nın davamı adlandırıb.

Ernest bildirib ki, respublikaçıların İran liderlərinə ünvanladığı bu məktub, Tehranla razılığa gəlmək cəhdlərinə mane olur.

Prezident Barack Obama isə bildirib ki, bir sıra konqresmenlərin Tehranla istənilən razılaşmaya qarşı çıxan iranlı mühavizəkarlarla qəribə ittifaqa girmək istəməsi təəccüblüdür.

İranın xarici işlər naziri Mohammad Javad Zarif də respublikaçıların bu addımını pisləyib.

O bir qrup senatorun imzaladığı bu məktubu təbliğat vasitəsi adlandırıb və bildirib ki, əgər yeni administrasiya İranla hər hansı bir razılaşmanı rədd etsə bu beynəlxalq qanunların kobudf şəkildə pozulması olacaq.

ABŞ Konqresi beynəlxalq müqavilələrin ratifikasiyasında mühüm rol oynayır.

47 respublikaçı senatordan ibarət qrup Obama administrasiyasına xəbərdarlıq edib ki, İranla mümkün nüvə razılaşmasının ömrü, Konqresdə təsdiqlənməzsə, az ola bilər.

Senator Tom Cotton və daha 46 respublikaçı İran liderlərinə ünvanladıqları açıq məktubda qeyd edirlər ki, əgər razılaşma layihəsi Konqresdə müzakirəyə çıxarılmadan imzalansa, bu, sadəcə hazırkı ABŞ presidenti Barack Obama ilə İran lideri Ayatulla Ali Khamenei arasında imzalanmış sənəddən o yana gedə bilməyəcək.

Respublikaçılar İranla danışıqların pozulacağı halda Tehrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilməsini istəyirlər.

Amma prezidentin vetosundan qaçmaq üçün onlara demokratların dəstəyi lazımdır.

XS
SM
MD
LG