Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:10

-

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsində qalmaqal yaranıb. Məhkəmə yarımçıq qalıb və hakim zalı boşaldıb.

Qalmaqal Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş Gülşən Orucovanın jurnalistləri təhqir etməsindən sonra başlayıb. Onun təhqirləri zalda oturanların etirazına səbəb olub.

Hər şey Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın zərərçəkən kimi ifadə verməsindən başlanıb. Onun müdafiə tərəfinin suallarına cavab verə bilməməsi, Gülşən Orucovanın bu suallara müdaxiləsi məhkəmədə iştirak edənlərin etirazına səbəb olub və dava-dalaş yaranıb.

Məhkəməni yarımçıq saxlayan hakim prosesi martın 17-ə qədər təxirə salıb.

Məhkəmədən ətraflı reportaj az sonra AzadlıqRadiosunun saytında olacaq.​

Günün bütün mövzuları

XS
SM
MD
LG