Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:47

-

«Azadlıq» qəzeti yazır ki, Bakı Olimpiya Stadionu barədə rəsmi məlumatlar arenanın texniki qüsurlu olması şübhələrini artırır.

«Azərbaycan hakimiyyəti 80 dəqiqəlik mərasim üçün 640 milyon dollar sərf edib. Gənclər və İdman Nazirliyinin Bakı Olimpiya stadionu barədə yaydığı məlumat belə deməyə əsas verir. 68 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunun tikintisi ilə bağlı ARDNŞ-lə «Tekfen İnşaat» şirkəti arasında 640 milyon dollar dəyərində müqavilə imzalanmışdı. Stadionun tamamlama işləri başa çatanda, sosial şəbəkələrdə arenanın tikintisində qüsurlara yol verildiyi barədə məlumatlar yayıldı. Hətta stadionun çökdüyü də iddia edildi. Lakin ARDNŞ prezidenti Rövnəq Abdullayev yayılan xəbərləri təkzib etdi. Stadionun istismara verildiyi barədə məlumatda bir məqam isə texniki qüsurlarla bağlı iddiaların əsassız olmadığına şübhələri artırır. Məsələ burasındadır ki, Bakı Olimpiya Stadionu təkcə açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmamışdı. Yüngül atletika yarışları da bu stadionda keçirilməli idi. Lakin Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda bu barədə heç nə bildirilmir.

«Azadlıq»ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, yüngül atletika yarışlarının digər arenalarda keçirilməsi planlaşdırılır. Bu sırada əsasən Tofiq Bəhramov adına stadionun və «Crystal Hall»un adı çəkilir. Bildirilir ki, hazırda hər iki arenada ciddi iş gedir. «Crystal Hall»da dəyişkən meydanların quraşdırılması nəzərdə tutulur.

Foto: Arxiv

Foto: Arxiv

SABUNÇUDA İŞLƏMƏYƏN DÖVLƏT QURUMLARI SAKİNLƏRİ ÇARƏSİZ HALA SALIB

«Yeni Müsavat» qəzeti yazır ki, Sabunçu rayonunun Anaşkin küçəsinin sakinlərinin həyətləri kanalizasiyaya çevrilib.

Sakinlərdən biri Gülüstan Sultanova qəzetə bildirib ki, kanalizasiya xətləri bərbad olduğu üçün həyəti bu günə düşüb. Digər qonşular isə evlərinin zirzəmisinin su ilə dolmasından, çirkab suların xəstəlik yaymasından şikayətləniblər.

Ərazinin daxil olduğu 148 saylı Mənzil İstismar İdarəsində isə qəzetə bildiriblər ki, onların işi küçələrin, yolların təmizliyini təmin etməkdir. Sabunçu rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, problem qısa vaxtda həll olunacaq.

Qəzet köşkü

Qəzet köşkü

METRODA KİTAB SATMAQ OLAR, QƏZET YOX?

«Bizim Yol» qəzeti yazır ki, Bakı Metropoliteni ticarəti qismən bərpa edir, ancaq köşklərdə mətbuata yer yoxdur.

Qəzet yazır ki, mart ayından «Koroğlu» stansiyasında iki ticarət köşkü açılıb. Onlardan biri yeraltı keçiddə gül dükanı, digəri metronun çıxış hissəsindəki kitab mağazasıdır. «Nəriman Nərimanov» metrostansiyasında da yeni ticarət köşkü qurulur.

Kitab satışı ilə məşğul olan şəxslər isə Bakı Metropoliteninin rəisinə məktub göndərərək, metropoliten ərazisində kitab satışı üçün nəzərdə tutulmuş yerlərlə bağlı müraciət ediblər: «Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov deyir ki, assosiasiyanın üzvləri Bakı Metropoliteni ərazisində kitab satışı ilə paralel olaraq qəzet satışı ilə də məşğul olurdular. Biz qəzet satışının da bərpa olunmasını istəyirik və gözləyirik. Amma hələlik Metropoliten qəzetin adını tutmur. Kitab, gül satışına və aptekə icazə veriləcəyi bildirilir. Metroda aptekdənsə, mətbuatın olması daha yaxşı olardı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG