Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Mariupol yaxınlığında 4 hərbçi yaralanıb


Horlivkada Ukrayna hərbçisi səngərdə

Horlivkada Ukrayna hərbçisi səngərdə

-

Ukraynanın şərqində Mariupol yaxınlığında Şirokino kəndinə separatçıların hücumu nəticəsində 4 hərbçi yaralanıb.

Bazar ertəsi bütün günü separatçılar Ukrayna hərbçilərinin mövqelərinə hücum edib. Ağır minomyotlardan istifadə olunub. 12 fevral Minsk sazişinə görə, bu silahlar münaqişə zonasından çıxarılmalıydı.

Separatçılar isə hərbçiləri atəşkəsi pozmaqda ittiham edib. Onlar Donetskdəki mövqelərinin bazar gecəsindən başlayaraq azı 22 dəfə atəşə tutulduğunu bildirir.

Separatçıların təmsilçisi bildirib ki, Ukrayna tərəfi münaqişə zonasına qüvvə toplayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG