Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:06

Poroshenko atəşkəsdən nikbin danışır


Vladimir Putin və Petro Poroshenko - qrafika
Vladimir Putin və Petro Poroshenko - qrafika

-

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqində 3 həftəlik atəşkəsi ümumilikdə nikbin dəyərləndirir. Martın 9-da Ukrayna televiziyasında danışan Poroshenko deyib ki, Ukrayna qüvvələri raket və ağır artilleriya sistemlərini geri çəkib. Onun sözlərinə görə, rusiyapərəst yaraqlılar da ağır artilleriyasının “böyük hissəsini” təmas xəttindən çıxarıb.

Silahların geri çəkilməsi və geniş bufer zonanın yaradılması 12 fevral Minsk atəşkəs sazişinin əsas maddəsi idi.

Poroshenko deyir ki, Kiyev “işğalçının hücumunu dayandıra bilib”. Digər tərəfdən, onun sözlərinə görə, fevralın 15-də saziş qüvvəyə minəndən 64 ukraynalı hərbçi öldürülüb.

XS
SM
MD
LG