Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

“Apple” napnazik noutbukunu təqdim etdi


-

“Apple”ın MacBook-ları nazilə-nazilə gedir.

Şirkətin təqdim etdiyi yeni noutbukun qalınlığı cəmi 1,3 santimetrdir. Yəni əvvəlki modeldən 24 faiz nazik.

Çəkisi 900 qramdır.

Yeni MacBook-un batareyası da daha uzunömürlüdür: 9-10 saat. Yəni demək olar ki, bütün günü batareya dərdi çəkməmək olar.

Şirkətin mütəxəssisləri təzə MacBook-un ventilyatorsuz işləməsinə nail olublar. Buna görə də o, səssizdir.

Yeni MacBook aprelin 10-dan satışa çıxarılacaq. ABŞ-da qiyməti $1,299 dollardan başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG