Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:51

Yenicə çəkilmiş filmdə Rusiya prezidenti Vladimir Putin Krımın anneksiyası barədə qərarın necə qəbul olunduğu barədə məlumat verib. Yeni filmin fraqmentləri “Rusiya 1” telekanalı ilə göstərilib.

Putinin sözlərinə görə, Krımın Rusiyaya mümkün birləşdirilməsi ilə bağlı olmayan qapalı rəy sorğusu göstərib ki, yarımadanın əhalisinin 75 faizi belə birləşmənin arzusundadır.

“Son məqsəd insanlara öz sonrakı həyatları barədə seçim etmək imkanı vermək idi” – deyib Putin.

Rusiya prezidenti deyib ki, Krımın Ukraynanın tərkibində qalması variantı da var imiş.

Vladimir Putin deyib ki, o ilhaq qərarını üç başqa həmkarı ilə birlikdə qəbul edib.

Putin həmin məqamda həmkarlarına deyib: “Biz Krımın Rusiyaya qaytarılması əməliyyatına başlamağa məcburuq, çünki bu insanları və ərazini taleyin və millətçilərin ixtiyarına buraxa bilmərik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG