Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Fransa polisi “Charlie Hebdo” satirik jurnalı və yəhudi supermarketinə terrorçu basqınla əlaqədar dörd şübhəlini həbs edib.

Bu basqınlar nəticəsində 17 nəfər həlak olub.

Həbs edilənlərin – bir polis qadın və başqa üç nəfərin polislə atışmada həlak olmuş Amedy Coulibaly ilə əlaqəli olduğu güman edilir.

Polis aşkar edib ki, həbs edilənlərdən biri – Amar adlı şübhəli basqın zamanı supermarketin yaxınlığında olub.

Şübhəlilərin dördü barədə də həbs qətimkan tədbiri seçilib.

Həbs olunmuş polis qadın adı çəkilən Amarın sevgilisidir. O İslamı qəbul etmiş fransızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG