Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

ABŞ 7 Venesuela rəsmisinə sanksiya elan edib


Venesuelada prezident Nicolas Maduro əleyhinə aksiya.

Venesuelada prezident Nicolas Maduro əleyhinə aksiya.

Birləşmiş Ştatlar iddia olunan insan haqları pozuntuları ilə bağlı Venesuelanın 7 rəsmisinə qarşı sanksiyalar elan edib.

Venesuela polisi başçısının da daxil olduğu bu rəsmilərin Amerika şirkətləri ilə bizneslərdən qazandıqları sərvət dondurulub və onların ABŞ-a səfərlərinə qadağan qoyulub.

Bu barədə Ağ Evin bəyanatında deyilir ki, ABŞ Venesuela hökumətinin siyasi opponentlərinə qarşı zorakılıqlarından narahatdır.

Bundan iki həftə əvvəl Venesuela ABŞ səfirliyinə işçilərinin sayını əhəmiyyətli dərəcədə ixtisar etmək göstərişi vermişdi.

Bazar ertəsi Ağ Ev Venesueladan onlarla da tələbə də daxil bütün siyasi məhbusları azad etməsini tələb etmişdi.

Vaşinqton bildirir ki, Venesuela hökuməti öz hərəkətlərindən diqqəti yayındırmaq məqsədilə ABŞ-ı və dünya ictimaiyyətinin başqa üzvlərini tənqid edir.

Venesuelanın Xarici İşlər Nazirliyi bu ittihamlara tezliklə rəsmi cavab veriləcəyini bildirib.

XS
SM
MD
LG