Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:45

İslam Dövləti adlanan təşkilat Liviyada keçirdiyi basqının gedişində 9 əcnəbi neft işçisini oğurlayıb.

Bu zaman yaraqlıların səkkiz keşikçinin başlarını kəsdikləri iddia olunur.

Dörd filippinli, avstriyalı, banqladeşli, çex və qanalı neftçilərin oğurlandıqlarını Avstriya rəsmiləri təsdiq ediblər.

Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, neftçilər Liviyadakı əl-Qani neft mədənində oğurlanıblar.

Liviya rəsmiləri deyiblər ki, bir əcnəbi neftçi, keşikçilərin başlarının kəsildiyini görəndə infarkt keçirib.

Oğurlananlar “Value Added Oilfield Services” (VAOS) neft xidmətləri şirkətində çalışırdılar.

VAOS işçilərinin hara aparıldığını bilmədiyni söyləyib.

4 vətəndaşının oğurlandığını təsdiq edən Filippin bəyan edib ki, onun Liviyada itkin düşən işçilərinin sayı 7-yə çatıb.

Liviya Milli Neft Korporasiyası əcnəbi işçilərin oğurlanması barədə heç bir məlumat verməyib, lakin bildirib ki, yerli neftçilər cihadçılar tərəfindən iki saat saxlandıqdan sonra buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG