Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:13

-

"Qanun" nəşriyyatından iki kitab gəldi.

Orxan Kamal – Qürbət Quşları

Bu roman bir qarın çörək üçün İstanbula üz tutmuş anadolular – alın tərləri və əllərinin zəhməti ilə özlərinə yuva qurmağa çalışan sadə və təmiz qəlbli insanlar haqdadır.

Bir də ayaqlarını bu insanların kürəyinə dirəyərək duruş gətirməyə çalışan sistem haqda.

İstanbul qədər yaşayışın, həyatın da rəngini dəyişməkdədir.

Bu dəyişikliyin tam ortasındakı insanlar Orxan Kamalın usta qələmi və hər zaman insana sevgi dolu sənəti ilə oxuculara çatdırılır. Türkiyənin yaxın keçmişinə və onu təqib edən bu gününə gerçək bir gözlə baxa bilmək üçün “Qürbət quşları” romanını mütləq oxumaq lazımdır.

Tərcümə : Nizami Zöhrabi

James Aldridge – Diplomat

İngilis yazıçısı Ceyms Oldricin “Diplomat” romanında 1940-cı illər İranında, o cümlədən İran Azərbaycanında demokratik hərəkat zamanı böyük güclər arasındakı mənafe toqquşmaları təsvir edilib. İngilis yazıçısı Oldricin özü də peşəkar diplomat olub və əsərdəki baş qəhrəman Mak-Qreqor müəyyən mənada müəllifin özüdür.

Bu əsərə görə yazıçı 1953-cü ildə Ümumdünya Sülh Şurası tərəfindən qızıl medalla təltif edilib.

Tərcümə : Cəlal Nuhov

Günün bütün mövzuları

XS
SM
MD
LG