Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:41

«125-lər», istəklər və reallıqlar


İlhamiyyə Rza
İlhamiyyə Rza

-

Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

«125-lər klubu» ötən ilin fevralında yaradılıb. Klubun bəyannaməsində deyilir ki, qurumun məqsədi Azərbaycanda demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əminamanlığın həm ölkədə, həm də regionda bərqərar olmasına nail olmaqdır.

Klub üzvləri bu məqsədlərə çatmaq üçün parlamentə seçilmək iddiasındadırlar.

İlhamiyyə Rza buna fəaliyyətlərinin yaxın hədəfi kimi baxır.

Ancaq mövcud siyasi durumda bu iddia nə dərəcədə realdır? Bəs 125 nədir? Şekspirin sonetlərindən biri? Təhsil ocağının nömrəsi? Ya klubun 125 üzvü?

ŞƏBƏKƏLƏŞMƏK, İRƏLİLƏMƏK

İlhamiyyə Rza AzadliqRadiosunun suallarına aydınlıq gətirir. Bildirir ki, 125 Milli Məclisdə yer alan deputatların sayıdır. Qeyd edir ki, ölkədəki mövcud durumdan asılı olmayaraq mövqeyi olan şəxslər proseslərdən kənarda qalmamlıdır:

125-lər klubunun Facebook səhifəsindən götürülmüş foto
125-lər klubunun Facebook səhifəsindən götürülmüş foto

«Qələbəyə ümidvar olmasaq bu yola çıxmazdıq. Ölkədə durumdan asılı olmayaraq fəal vətəndaş mövqeyi olan insanlar proseslərdən kənarda qalmamalıdır. Bizim küsüb qırağa çəkilmək ixtiyarımız yoxdur. Proseslərə müdaxilə etməliyik və hesab edirəm ki, nə zamansa hadisələrə təsir etmək imkanı əldə edəcəyik. Seçkilərdə şəbəkə şəklində iştirak edəcəyik, bir-birimizə kömək etməklə irəliləyəcəyik».

XƏYAL PLOVU

İctimai fəallığın aşağı olmasının seçkiləri saxtalaşdırmaqda əsas rol oynadığını deyən klub sədri bu yöndə fəaliyyəti aparıcı istiqamətlərdən biri saydıqlarını bildirir. Sədr hələlik 67 üzvü olan klubun builki parlament seçkilərində qələbə qazanacağına ümivar olduğunu bildirdi.

Politoloq Zərdüşt Əlizadə xalqın içindən olan kəslərin parlamentdə təmsil olunmasını mümkünsüz sayır. O, bildirdi ki, seçki öncəsi müxalif adlı bölümdə canlanma yaranır. Politoloq qurumun istəyini «xəyal plovu» adlandırır:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Seçkiqabağı xəyal qururlar. Sora o xəyalı boşqaba çəkirlər. Hərə başlayır bir yerdən qaşıqlamağa. Ancaq seçkilər gəlir, keçir. Bir də görürlər ki, xəyal polvu elə xəyal plovu olaraq qalıb».

«PARLAMENTƏ DÜŞMƏK KOSMOSA UÇMAQDIR»​

Politoloqun fikrincə, parlamentə maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq vasitəsi kimi baxılır. O, Milli Məclisdə təmsil olunmağın yolunu da izah edir. Bildirir ki, məsələ prezident aparatında həllini tapır, bunula da söhbət bağlanır:

«Milli Məclisə bacadan, damdan girmək istəyirlər, alınmır. Oturub formatlar düşünürlər- 125-lər, 185-lər... Orada hakimiyyətin əsas zümrəsi formalaşıb. Deputat olmaq istəyənlər hökümətə yarınmalıdırlar. Orada təyin olunmuş 125 nəfər oturub. Başqa heç kim ora girə bilməz. Mümkün deyil. Bizim parlamentə düşmək kosmosa uçmaqdır. Raketi də prezident aparatındadır».

Zərdüşt Əlizadə deyir ki, deputatlarsa parlamentə iki meyar əsasında seçilir: şəxsi sədaqət və mütilik. Politoloq hər nə qədər parlamentdə təmsil olunmağın mümkünsüzlüyünü desə də, 125-lər klubu bu il seçkilərdə iştirak edəcəyini və qalib gələcəyinə ümidli olduğunu deyir.

Seçkilərdən isə bizlər cəmi 8 ay ayırır.

XS
SM
MD
LG