Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

“Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən ciddi araşdırılmasına başlanılır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Wolterin martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfəri də məhz bununla bağlıdır.

Səməd Seyidov qeyd edib ki, Ermənistan tərəfi daima buna qarşı çıxsa da, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında yenidən ciddi şəkildə gündəmə gətirilib.

AŞPA-nınDağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Wolter martın 12-13-də Azərbaycana rəfərə gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG